“Twitter” Rusiya XİN-in səhifəsini blokladı

“Twitter” sosial şəbəkəsi Rusiya Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. “Avqustun 5-nə keçən gecə “Twitter” platformasının administrasiyası Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb. Buna səbəb Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları rəhbəri general-leytenant İqor Kirillovun brifinqindən ABŞ-ın hərbi bioloji fəaliyyəti ilə bağlı çıxarışların dərci olub”, - Zaxarova məlumat verib.
Onun fikrincə, sosil şəbəkə rəhbərliyinin bu addımı Rusiyanı susdurmaq cəhdidir.
Oxşar xəbərlər
Ukraynada öldürülən Rusiya ordusunun 10 yüksəkrütbəli zabiti kimdir? - DOSYE
Ukraynada hərbi əməliyyatlar başlayandan bu günə qədər Rusiya Silahlı Qüvvələrinin 4 generalı və 3 polkovniki öldürülüb. Rusiya ordusunun ali komandanlığının öl...
