"Türklər tarixi işarələrlə qayalara, xalçalara həkk edirdilər" - Qərbi Azərbaycan Xronikası
Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
BAKU.WS xəbər verir ki, budəfəki buraxılışda sənətşünas Türkan Abbaslı türklərin qayaüstü təsvir ənənələrindən danışıb.
O bildirib ki, türklər təbiəti şüurlu varlıq sayır, hər yaşadıqları yerdə iz buraxır, qaya və xalçalara simvollar həkk edirdilər. Onun sözlərinə görə, qartal ilahi xəbərçi, tenqriçilik isə tək Tanrıya inam idi. Damğaların düzgün istifadə olunmaması mənfi nəticələrə səbəb ola bilər. Abbaslı heyvan obrazlarının mənasından, dua edən insan fiqurlarının sirrindən və göy cisimlərinin insan həyatına təsirindən də bəhs edib.
Xatırladaq ki, layihənin məqsədi qədim oğuz-türk yurdları olan Qərbi Azərbaycanın maddi və mənəvi irsini tanıtmaq, tarixi toponimləri və mədəniyyət nümunələrini dünyaya çatdırmaqdır.
Oxşar xəbərlər
Küçədə qətlə yetirilən Ayşənin üç övladı var imiş - TƏFƏRRÜAT
31 yaşlı qadın küçənin ortasında bıçaqla qətlə yetirilib. BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, hadisə Gəncənin Gülüstan qəsəbəsində - İsrafil bəy Yadigarz...