Türkiyənin "dəmir ledi"sinin yeni partiyasının iclasından "Qarabağ"a dəstək (VİDEO, FOTO)
25
okt
2017
14:47
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin tanınmış xanım siyasətçisi Meral Akşenerin yaratdığı yeni partiyanın toplantısında Azərbaycan bayraqları dalğalandırılıb, “Qarabağ” klubuna mesaj göndərilib. BAKU.WS-in məlumatına görə, toplantı iştirakçıları A4 vərəqlərinə “Qarabağ” yazaraq kluba dəstək veriblər. Bundan başqa, toplantı salonunda Azərbaycan bayraqları da dalğalandırılıb. Bir neçə gün əvvəl “Sabah” qəzetinin yazarı Mövlud Tezelin “Qarabağ” azarkeşləri haqqında təhqiredici məqalə yazmışdı. Lakin daha sonra o, səhvini başa düşərək Azərbaycan xalqından üzr istəmişdi. Qeyd edək ki, Avropa mətbuatı Meral Akşeneri “Türkiyənin dəmir ledisi” adlandırır.BAKU.WS 
Oxşar xəbərlər
"Qalatasaray" - "Fənərbaxça" derbisində "Qarabağ"a böyük jest
Türkiyənin və dünyanın ən böyük derbilərindən biri "Qalatasaray" "Fənərbaxça" qarşıdurmasında “Qarabağ" klubuna böyük jest olunub. BAKU.WS-in məlumatına görə,...