Türkiyədə meymunçiçəyinə yoluxma aşkarlanıb? - RƏSMİ
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin paytaxtı Ankarada meymun çiçəyi xəstəliyinə tutulduğu iddia edilən və karantinə alınan xəstələrin olması ilə bağlı iddialardan sonra Ankara Vilayəti Sağlamlıq Müdirliyi açıqlama verib.
BAKU.WS xəbər verir ki, açıqlamada deyilənlərin həqiqəti əks etdirmədiyi bildirilib.
Sağlamlıq Müdirliyinin yazılı açıqlaması belədir:
“Son zamanlar müxtəlif mətbuat orqanlarında Ankarada meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi olan və karantinə alınan xəstələrin olması ilə bağlı yayılan iddialarla bağlı ictimaiyyətin məlumatlandırılmasına ehtiyac var. Ankaradakı səhiyyə ocaqlarımızın heç birində meymun çiçəyi xəstəsi yoxdur. Bu cür iddialar lazımsız təşviş mühiti yaratmaq məqsədi daşıyan əsassız məlumatdır”.
Oxşar xəbərlər
Türkiyədə bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb
Türkiyənin Sakarya şəhərində bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Türki...