Türkiyənin Aydos meşələrində yanğın oldu - VİDEO

Türkiyənin Aydos meşələrində yanğın oldu - VİDEO
Video
Siyasət 32

Türkiyənin İstanbul şəhərinin Aydos meşələrində yanğın baş verib.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə İstanbul Valiliyi rəsmi məlumat yayıb.

Qeyd edilib ki, alovlar saat günorta saatlarında, yəni 14-00 radələrində Pendik bölgəsinin Aydos meşələrində başlayıb.

Yanğının söndürülməsi üçün bölgəyə 4 helikopter, 2 təyyarə və 159 nəfərdən ibarət 78 yanğınsöndürən briqada cəlb edilib.

Alovun həcmi sürətlə genişləndiyindən bir neçə hektar ərazi yanaraq külə dönüb.

BAKU.WS hadisə yerindən görüntüləri təqdim edir:

Son xəbərlər