Türkiyəli deputatın ailəsi dağıntılar altında qalıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının Hatay deputatı Hüseyn Yaymanın ailəsi zəlzələ nəticəsində dağıntılar altında qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə deputat "CNN Türk"ün canlı yayımında bildirib.
"İki qardaşım, onların həyat yoldaşları, bacım və onun həyat yoldaşı və övladları dağıntılar altında qaldı", - deyə Yayman bildirib.
Xatırladaq ki, Türkiyədə bu gün səhər saatlarında 7,4 bal gücündə zəlzələ olub, 76 nəfər ölüb, 440 nəfər yaralanıb. Zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub. Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb.
Qalereya
Oxşar xəbərlər
Türkiyədə zəlzələ qurbanlarının sayı durmadan artır - YENİLƏNİB+11/VİDEO
Türkiyədə zəlzələ qurbanlarının sayı 2316-ya çatıb. 13 min 293 nəfər isə yaralıdır. ***06.02.2023 23.25 Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı 1 762...