Türkiyədəki zəlzələdən sonra ilk tanker Ceyhan terminalına qəbul edilib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə baş verən zəlzələdən sonra ilk tanker Ceyhan ixrac neft terminalına qəbul edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, ilk tanker İraq nefti ilə yüklənib. Bazar ertəsi baş verən zəlzələdən sonra ilk olan “Vallesina” tankerinə İraq neftini yükləmək üçün Ceyhan ixrac terminalına yanaşmağa icazə verilib.
Xatırladaq ki, Türkiyədə baş verən güclü zəlzələ səbəbindən ölkənin cənubunda yerləşən Ceyhan neft terminalında əməliyyatlar dayandırılmışdı. Ceyhan neft terminalı zəlzələnin episentrindən 155 kilometr məsafədə yerləşir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib.
Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Oxşar xəbərlər
Türkiyədə zəlzələdə ölənlərin sayı 9057-yə çatıb, 52 979 nəfər yaralanıb - CANLI - YENİLƏNİR
Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 9 057 nəfərə çatıb. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb. Onun sözlərinə görə, təbii fəlakə...