Türkiyədə yenə zəlzələ oldu - YENİLƏNİB
Türkiyədə daha bir güclü zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilir ki, zəlzələ Malatyanın Darende bölgəsində Türkiyə vaxtı ilə saat 11:59-də 4.2 bal gücündə qeydə alınıb.
***09:43
Türkiyədə yenidən güclü zəlzələlər baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Bildirilib ki, zəlzələlər Türkiyə vaxtı ilə saat 04:12-də Hatayın Samandağ bölgəsində 4.0, saat 03:28-də Solhanın Bingöl bölgəsində 4.4, saat 02:25-də Ninovkanın Al Hamdaniyah bölgəsində 4.3 bal gücündə qeydə alınıb.
Bundan başqa, bu gün Türkiyənin Malatya və Kahramanmaraş bölgələrində də 3.5 və 3.7 bal gücündə zəlzələlər olub.
Oxşar xəbərlər
Türkiyədə gecə yenə zəlzələ oldu - FOTO
Türkiyənin Malatya şəhərinin Darende rayonunda 4,6 bal gücündə zəlzələ olub. BAKU.WS xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Fövqəladə Halların İdarə Edil...