Türkiyədə təhsil müəssisələri bağlandı

Türkiyədə təhsil müəssisələri bağlandı
Siyasət 108

Türkiyədə təhsil müəssisələri ferval ayının 13-nə qədər bağlanır.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin təhsil naziri Mahmut Özer bildirib.

“Bütün Türkiyədə məktəblərdə 1 həftəlik tətil elan edirik. Fevralın 13-nə qədər təhsil müəssisələri bağlı olacaq”, - deyə Mahmut Özer bildirib.

O, bildirib ki, zəlzələ zamanı təhsil müəssisələrində ölüm hadisəsi qeydə alınmayıb:

“Çükürlər olsun ki, indiyə qədər təhsil müəssisələrindən pis xəbərlər almadıq. Tələbələrimiz və müəllimlərimizlə əlaqədar bir yaralanma və ya ölüm hadisəsi yaşanmadı”.

Qeyd edək ki, Türkiyənin bir çox bölgəsində güclü zəlzələ baş verib. Türkiyədə baş verən güclü zəlzələdə ölənlərin sayı durmadan artır. Zəlzələ nəticəsində 1121 ölüb, 7634 nəfər yaralanıb. 2834 bina isə dağılıb.

Türkiyədə təhsil müəssisələri bağlandı

Son xəbərlər