Türkiyədə qar uçqunundan 38 nəfərin cəsədi çıxarıldı - VİDEO

06
fev
2020
09:48
Türkiyənin Van-Baxçasaray avtomobil yolunun 33-cü kilometrliyində baş vermiş iki qar uçqunu zamanı ölənlərin sayı 38 nəfərə çatıb.
BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, qar uçqunu zamanı həyatını itirənlərdən 11-i hərbçi, 8-i mühafizəçi, 3-ü xilasedici, 2-si yol polisi, biri “isə TürkSell” rabitə şirkətinin əməkdaşıdır.
Türkiyənin Səhiyyə Nazirliyi açıqlayıb ki, hazırda həkim nəzarətində olan 47 yaralı var və onlardan altısının vəziyyəti ağırdır.
Oxşar xəbərlər
Türkiyədə qar uçqununda 31 nəfər ölüb, 53 nəfər yaralanıb - YENİLƏNİB - FOTO
Türkiyədə qar uçqununda 31 nəfər ölüb, 53 nəfər yaralanıb. ***16:49 Türkiyənin Van vilayətinin Baxçasaray qəsəbəsində dünən axşam saatlarında qar uçqununa düşə...
