Türkiyədə partlayışla bağlı mədən rəhbəri işdən çıxarıldı
16
okt
2022
11:07
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Bartın vilayətində kömür mədənində baş vermiş partlayış ilə bağlı araşdırmalar başlayıb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, araşdırmalar çərçivəsində mədənin texniki rəhbəri vəzifəsindən azad edilib.
Bildirilib ki, 350 metr dərinliyə enərək partlayışın baş verdiyi əraziyə daxil olan xilasetmə qrupları dağıntılar altından ölən şəxslərin cəsədlərini çıxarıblar.
İlkin araşdırmaya görə, mədəndən baş verən partlayışa metan qazının partlaması səbəb olub.
Qeyd edək ki, partlayış nəticəsində 41 nəfər həlak olub.
Oxşar xəbərlər
Türkiyəli məşhurlar Bartın faciəsindən yazdılar: "Betərin də betəri olurmu?" - FOTO
Ötən gün Türkiyənin Bartın vilayətində daş kömür mədənində partlayış baş verib. Amasra bölgəsində yaşanan bədbəxt hadisə zamanı həlak olan işçilərin sayı 40-a ç...