Türkiyədə meşə yanğını başlayıb
13
may
2024
20:20
Antalyanın Konyaaltı rayonunda meşəlik ərazidə yanğın başlayıb.
BAKU.WS "TRT Haber"ə istinadən xəər verir ki, meşəlik ərazidə naməlum səbəbdən yanğın baş verib.
Xəbərdarlıq üzərinə meşə işçi qrupları bölgəyə cəlb edilib.
Yanğına Antalya Meşə Region Müdirliyinə aid helikopter, 4 su çiləyicisi, 1 ilk müdaxilə maşını və çox sayda meşə işçisi müdaxilə edir.
Qruplar meşə yanğınını nəzarət altına almaq üçün işlərini davam etdirir.
Oxşar xəbərlər
Antalyada meşə yanğını törədən şəxs elə bir yerdən tapıldı ki... - FOTO/VİDEO
Türkiyənin Antalya şəhərinin Kemer rayonunda bu gün səhər saatlarında başlayan yanğın söndürülüb. BAKU.WS xəbər verir ki, yanğından sonra ərazidə diqqət çəkən b...