Antalyada meşə yanğını törədən şəxs elə bir yerdən tapıldı ki... - FOTO/VİDEO

Antalyada meşə yanğını törədən şəxs elə bir yerdən tapıldı ki... - FOTO/VİDEO
Foto Video
Siyasət 29

Türkiyənin Antalya şəhərinin Kemer rayonunda bu gün səhər saatlarında başlayan yanğın söndürülüb.

BAKU.WS xəbər verir ki, yanğından sonra ərazidə diqqət çəkən bir məqam hər kəsin marağına səbəb olub.

Yanğını törətməkdə şübhəli bilinən şəxs yanan ərazinin ortasında yerdə uzanmış vəziyyətdə tapılıb. Həmin şəxsin 25 yaşlı F.K. olduğu müəyyən olunub.

İlkin dindirilməsində içki qəbul etdiyini və isinmək üçün ocaq qaladığını bildirib. Xəfif küləkə alovu şiddətləndirib və güclü yanğın başlayıb.

Onu Kemer Dövlət Xəstəxanasına yerləşdiriblər.

Müayinə və müalicədən sonra polis nəzarətində olacağı və sonradan məhkəmə qarşısına çıxarılacağı bildirilib.

Son xəbərlər