Türkiyədə "Kuyu-2" əməliyyatı: Üç mütəşəkkil cinayətkar qrup məhv edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin 5 şəhərində keçirilən "Kuyu-2" əməliyyatlarında 3 ayrı-ayrı mütəşəkkil cinayətkar qrupun məhv edilib.
BAKU.WS-in xəbərinə görə, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.
O bildirib ki, əməliyyatlar Aydın, Ərzurum, Muş, Karaman ve Konyada həyata keçirilib.
Əməliyyatlar zamanı Aydında Hakan Gürel, Ərzurumda Erkan Yaprak və Muhammet Tokyay, Karamanda İbrahim Öztürkün rəhbərlik etdiyi 3 mütəşəkkil cinayət qrupunun məhv edildiyini qeyd edən Yerlikaya, 45 şübhəlinin də yaxalandığını bildirib.
Əməliyyatlar nəticəsində tapança və ov tüfəngləri, müxtəlif miqdarda narkotik vasitə, qəbzlər və çoxlu sayda rəqəmsal material ələ keçirilib.
Oxşar xəbərlər
Türkiyədə "Mahzen-47" əməliyyatı: Mütəşəkkil cinayətkar qrup məhv edildi - VİDEO
Mərkəzi Hatay olmaqla olan 7 vilayətdə həyata keçirilən "Mahzen-47" əməliyyatlarında mütəşəkkil cinayətkar qrup məhv edilib. BAKU.WS-in xəbərinə görə, bu barədə...