Türkiyə Mərkəzi Bankının rəhbəri təyin olunan "Möhtəşəm türk qızı" kimdir? - DOSYE

Türkiyə Mərkəzi Bankının rəhbəri təyin olunan Möhtəşəm türk qızı kimdir? - DOSYE
Foto
Siyasət 369

Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan ölkənin Mərkəzi Bankının sədri vəzifəsinə Hafize Qaye Erkanı təyin edib.

BAKU.WS-in məlumatına görə, ABŞ-də "Möhtəşəm türk qızı" adı ilə tanınan Erkanın həyatı hamı üçün maraq doğurur.

Əvvəlcə ondan başlayaq ki, Hafize Qaye Erkan Türkiyə tarixində ilk dəfə Mərkəzi Banka təyin olunan qadın rəhbərdir. Buna qədər həmin posta əks cinsin nümayəndələri təyin olunub.

1982-ci il təvəllüdlü Erkan İstanbul Erkek Liseyini ikinci, Boğaziçi Universitetinin Sənaye Mühəndisliyi fakültəsini birinciliklə bitirdikdən sonra tam təqaüdlə Birləşmiş Ştatlara yollanıb.

Ona Stanford, Prinston, Boston və Kaliforniya da daxil olmaqla 9 universitetdən təqaüd təklifi gəlib. Lakin Erkan Prinstonu seçib.

Beləliklə, hər il cəmi 2 nəfərə verilən "Fəxri doktorluq" təqaüdü müqabilində Erkan həmin təhsil ocağı ilə əməkdaşlığa başlayıb. Ona həmçinin yaşamaq üçün ev, ayda 3200 dollar cib xərci və ABŞ Milli Elmlər Akademiyası tərəfindən araşdırma aparmaq üçün limitsiz büdcə verilib.

O, Prinstonda 2 illik doktorantura proqramını 1 ilə bitirən ilk tələbə olub. Bununla da o, ölkənin “ən gənc maliyyə professoru” adını qazanıb. Daha sonra Harvard Biznes Məktəbində idarəetmə elmləri və Stenford Universitetində liderlik üzrə daha iki təlim proqramını bitirib.

Prinstonda təhsilini başa vurduqdan sonra aldığı təkliflə 2005-ci ildə "Goldman Sachs"da iş karyerasına başlayıb. O, burada 9 ilə yaxın işləyib, daha sonra maliyyə problemlərinə görə dövlət idarəsinə verilmiş "First Republic Bank"da müdir vəzifəsində işləməyə başlayıb.

Qaye Erkan yeni iş yerində uğurlu karyera qurub və bankın vəsaitlərinin 10 dəfəyə qədər artırılmasında böyük rol oynayıb. Bununla da o, bankın top-menecerlərindən birinə çevrilib. Erkan həmçinin iki il ABŞ-də yerləşən zərgərlik şirkəti "Tiffany&Co"da idarə heyətinin üzvü olub və hələ də qlobal maliyyə konsaltinq şirkəti "Marsh McLennan"da idarə heyətinin üzvüdür.

Son xəbərlər