Türkiyədə 3 cinayətkar qrupun rəhbəri ƏLƏ KEÇDİ - VİDEO
2-si qırmızı bülletenlə, 1-i təcili həbs olunma xəbəri ilə axtarışda olan 3 mütəşəkkil cinayətkar qruplaşmanın rəhbəri Alanya və İstanbulda keçirilən əməliyyatlar zamanı saxlanılıb.
Bu barədə ölkənin Daxili işlər naziri Ali Yerlikaya paylaşım edib.
Nazir qeyd edib ki, ölkə ərazisində fəaliyyət göstərən heç bir cinayətkar qrupun rəhbərinə aman verilməyəcək və məsuliyyətə cəlb olunacaqlar.
"Qəfəs-21" əməliyyatı zamanı saxlanılan şəxslər bunlardır:
Thomas Josef Konrad: İnterpolun qırmızı bülletenlə axtardığı mütəşəkkil cinayətkar qrupun lideri Polşada narkotik alveri ilə məşğul olub. Mərakeşdən İtaliya və İspaniyaya külli miqdarda narkotik gətirir və aşağı səviyyədəki digər Avropa ölkələrinə göndərirmiş.
Jinking Peng: Fırıldaqçılıq və qeyri-qanuni bizneslə məşğul olduğu üçün Çində İnterpol tərəfindən qırmızı bülletenlə axtarışda olub.
Danıel Alexander Muller: Almaniyada 1 ton kokain ələ keçirmə əməliyyatının qaçaq şübhəlisi kimi axtarılan mütəşəkkil cinayət qrupunun lideri olub.
🟥 2️⃣’si Kırmızı Bülten, 1️⃣’i Difüzyon Mesajı (Acil Yakalama Mesajı) ile aranan 3️⃣ Organize Suç Örgütü Elebaşı Alanya ve İstanbul’da düzenlenen KAFES-21 OPERASYONLARIYLA YAKALANDILAR.
— Ali Yerlikaya (@AliYerlikaya) December 19, 2023
Aziz Milletimizin Bilmesini İsterim ki;
Hangi büyüklükte olursa olsun, hangi bülten ile… pic.twitter.com/JFUW1AdlOw
Oxşar xəbərlər
"İnterpol"un qırmızı bülletenlə axtarışa verdiyi narkobaron İstanbulda ƏLƏ KEÇDİ - VİDEO
"İnterpol" tərəfindən qırmızı bülletenlə axtarışa verilən təşkilat rəhbəri İstanbulda saxlanılıb. BAKU.WS Tükiyə mediasına istinadən istinadən xəbər verir ki, b...