Türkiyədə koronavirusdan 52 nəfər dünyasını dəyişib
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə son sutka ərzində koronavirusdan 52 nəfər dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca özünün “Twitter” səhifəsində yazıb. Onun sözlərinə görə, son 24 saat ərzində 110 565 şübhəli koronavirus testindən keçib, onlardan 1 761-nin cavabı pozitiv çıxıb.
Nazir qeyd edib ki, ağır xəstə sayı 1 159 nəfər olub, 1 093 xəstə isə sağalaraq evə buraxılıb.
Qeyd edək ki, Türkiyədə ümumilikdə 283 270 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 253 245 nəfər sağalıb, 6 782 nəfər ölüb.
Oxşar xəbərlər
Türkiyədə daha 19 nəfər koronavirusdan dünyasını dəyişib
Türkiyədə yeni növ koronavirus (COVID-19) infeksiyasından daha 19 nəfər dünyasını dəyişib. BAKU.WS xəbər verir ki, bu barədə Səhiyyə naziri Fəxrəddin Qoca özünü...