Türkiyədə işçiləri daşıyan mikroavtobus aşdı, 30 nəfər... - FOTO

Türkiyənin Manisa vilayətində işçiləri daşıyan mikroavtobus qəzaya uğrayıb.
BAKU.WS Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə hadisə İzmir-İstanbul avtomobil yolunun Soma-Savaştəpə hissəsində baş verib.
Qəza nəticəsində biri ağır olmaqla 30 nəfər yaralanıb.
Məlumata görə, Y. Furkan adlı şəxsin idarə etdiyi avtomobil mövsümi kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusa çırpılıb.
Mikroavtobus zərbənin təsirindən aşıb.
Qəza yerində ilkin tibbi yardım göstərilən yaralılar sağlamlıq qrupları tərəfindən Soma və Savaştepe Dövlət Xəstəxanalarına aparılıb.
Qəza ilə bağlı araşdırmalara başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Qəza yerində Priqojinin cəsədi müəyyən edildi: Əsas versiya üzə çıxdı - YENİLƏNİB + VİDEO
Tverdə qəza zamanı təyyarənin göyərtəsində olan “Vaqner” özəl hərbi şirkətin rəhbəri Yevgeni Priqojinin və “Vaqner”in komandiri Dmitri Utkinin yanmış cəsədlərin...
