Türkiyədə güclü zəlzələ olub
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda 5,1 maqnitudalı zəlzələ baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyi (AFAD) məlumat yayıb.
Zəlzələ Adıyaman, Qaziantep və ətraf vilayətlərdə hiss olunub.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Təbii fəlakət nəticəsində 40 642 nəfər dünyasını dəyişib.
Oxşar xəbərlər
Kahramanmaraşda 258 saat sonra dağıntılar altından qadın sağ çıxarılıb - VİDEO
Türkiyədə zəlzələnin episentri olan Kahramanmaraş şəhərinin mərkəzi rayonunda 258 saat sonra dağıntılar altından Neslihan Kılıç adlı qadın sağ çıxarılıb. BAKU.W...