Türkiyədə güclü qar yağacağı gözlənilir - FOTO

Türkiyənin bəzi ərazilərdə şiddətli qar yağacağı gözlənilir.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin hidrometeoroloji proqnozlar bürosu məlumat yayıb.
Bildirilib ki, Marmara, Aralıq dəniz sahillərində şiddətli yağışlar gözlənilir. Mərkəzi və Şərqi Anadolu ərazilərində isə qar və sulu qar yağacaq.
Qarın Çanakkale, Balıkesir, Antalya, Bolu, Düzce, Rize, Artvin, Kilis, Gaziantep və Şanlıurfada daha güclü olacağı bildirilir.
Küləyin sürəti Marmara sahillərində 50-90 km/saat təşkil edəcək. Qara dənizin mərkəzi hissələrində və Şərqi Anadoluda yağış sularından daşqın yaranma təhlükəsi var.
Marmaranın şimal-qərb hissələrində havanın temperaturu normadan aşağı, digər yerlərdə isə 2-4 dərəcə yüksək olacağı gözlənilir. Şimal küləyi arabir orta şiddətlə əsəcək.
Qalereya
Oxşar xəbərlər
İstanbula QAR GƏLİR - Temperatur 10-12 dərəcə enəcək - FOTO/VİDEO
Bu həftə İstanbul da daxil olmaqla Türkiyənin bir çox bölgəsində qar yağacaq. BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə qardaş ölkənin hidromet...
