Türkiyədə fabrikdə yanğın olub - FOTO

24
apr
2023
16:50
Türkiyənin Kahramanmaraş vilayətində ofis ləvazimatlarının istehsal olunduğu mebel fabrikində yanğın olub.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Kahramanmaraş-Kayseri yolunun 1-ci kilometrliyində yerləşən fabrikdə baş verib.
Əraziyə çoxlu sayda yanğınsöndürən cəlb olunub. Yanğın 2 saat ərzində nəzarətə götürülüb.
Qeyd olunur ki, fevralın 6-da baş verən zəlzələlərdə fabrikin bir hissəsinin zədələnib, zədələnməmiş hissəsində isə bir müddət əvvəl istehsala başlanılıb.
Yanğın zamanı işçilərin qalması üçün qurulan bəzi konteynerlər də yararsız hala düşüb.
Qalereya
Oxşar xəbərlər
Müharibənin 1-ci ili: İşğal olunmuş Ukrayna əraziləri, itirilən Rusiya hərbçiləri... - FOTO
Bu gün Rusiya-Ukrayna müharibəsinin başlamasından 1 il keçir. BAKU.WS xəbər verir ki, ötən ilin fevralın 24-də Rusiya Prezidenti Vladimir Putin müraciətində Ukr...
