Türkiyədə daha bir komanda zəlzələyə görə çempionatdan çıxıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə daha bir komanda zəlzələyə görə ölkə çempionatındakı çıxışını müvəqqəti olaraq dayandırıb.
BAKU.WS "report"a istinadən xəbər verir ki, III Liqada mübarizə aparan "Elazığspor" cari mövsümü başa vura bilməyəcək.
Klub artıq bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət ünvanlayıb. Elazığ təmsilçisinin istəyinin müsbət qarşılanacağı gözlənilir.
Qeyd edək ki, daha əvvəl Superliqada "Hatayspor" və "Qaziantep", I Liqada "Adanaspor" və "Yeni Malatyaspor", II Liqada "Adıyamanspor" və "Diyabekirspor", III Liqada isə "Malatya Arguvanspor", "Kahramanmaraşspor" və "Osmaniyespor" mövsümün qalan hissəsində meydana çıxmayacaq.
Oxşar xəbərlər
Atsunun cənazəsi ölkəsində izdihamla qarşılandı - FOTO/VİDEO
Türkiyənin Antakya şəhərində baş verən zəlzələdə həyatını itirən "Hatayspor"un qanalı futbolçusu Kristian Atsunun cənazəsi ölkəsində rəsmi mərasimlə qarşılanıb....