Türkiyədə daha 23 nəfər koronavirusdan dünyasını dəyişib

Türkiyədə son 24 saat ərzində daha 23 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib.
BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca öz "Twitter" səhifəsində bildirib.
Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 4 905 nəfərə çatıb.
Onun sözlərinə görə, ölkədə 1 214 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 185 245 nəfərə çatıb.
Nazir əlavə edib ki, ölkədə koronavirusdan sağalanların ümumi sayı son sutkada 1 494 nəfər olmaqla 157 516 nəfər təşkil edir.
Son sutka ərzində koronavirusla bağlı 41 316 test aparılıb.
Oxşar xəbərlər
Türkiyədə koronavirusdan sağalanların sayı 150 min nəfərə yaxınlaşır
Türkiyədə son 24 saat ərzində daha 17 nəfər yeni növ koronavirusdan (COVİD-19) dünyasını dəyişib. BAKU.WS-in məlumatına görə, bu barədə Türkiyənin səhiyyə nazir...