Türkiyə XİN İsrailə təşəkkür edib
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə və Şimali Kipr Türk Respublikasındakı meşə yanğınlarının qarşısının alınmasına İsrailin göstərdiyi diqqət və dəstəyə görə təşəkkür edirəm”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaraya səfər edən israilli həmkarı Yair Lapidlə görüşdən sonra birgə brifinqdə bildirib.
“Şimali Kipr Türk Respublikasında meşə yanğınının söndürülməsi üçün İsrail 2 təyyarə göndərmək barədə qərar verib. Buna görə təşəkkürümüzü bildiririk. Bu gün “Türkiyə üçün də ehtiyac varmı?” soruşdular. Ehtiyac olarsa, əlaqə saxlayacağıq. Ancaq yenə də təklifə görə təşəkkür edirik”, - M.Çavuşoğlu vurğulayıb.
Oxşar xəbərlər
İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək
İsrailin xarici işlər naziri Yair Lapid Türkiyəyə səfər edəcək. BAKU.WS “Report”a istinadən xəbər verir ki, səfər iyunun 23-də baş tutacaq. İsrailin XİN başçısı...