İsrailin xarici işlər naziri Türkiyəyə səfər edəcək

19
iyn
2022
23:30
İsrailin xarici işlər naziri Yair Lapid Türkiyəyə səfər edəcək.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, səfər iyunun 23-də baş tutacaq. İsrailin XİN başçısı Türkiyədə ikitrərəfli əlaqələri və regional məsələləri müzakirə edəcək.
Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İsrailin dövlət başçısı İsxak Herzoq arasında telefon danışığı baş tutub. Danışıqlar zamanı Türkiyə-İsrail əlaqələri, terrorçuluqla mübarizə və regional məsələlər diqqət mərkəzində olub.
İsrail Prezidenti Ərdoğana Türkiyənin terrorla mübarizə səylərinə görə təşəkkür edib.
Oxşar xəbərlər
Ərdoğan israilli həmkarı ilə danışdı
Prezident Rəcəb Tayyib Ərdoğan İsrail Prezidenti İsaak Hersoqla telefon danışığı aparıb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Ad...
