Türkiyə qısa zamanda yerli peyvəndlərdən istifadə edəcək
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə qısa zaman kəsiyində yerli istehsal olan peyvəndlərdən koronavirus məqsədilə istifadə edəcək.
BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fahrettin Koca açıqlama verib. Onun sözlərinə görə, qısa zamanda 5 yerli peyvənd firması sınaqlara başlayacaq.
“Çin ilə 50 milyon ədəd peyvənd almaqla bağlı razılığı noyabrda əldə etmişik. Yazın sonuna kimi bu peyvəndləmənin hamısını başa çatdırsaq koronavirusun üzərimizdə təzyiqi azalacaq. Bu il COVİD-19 2020-ci ildəki kimi davam etməyəcək. Ümid edirəm ki, bu müharibədə uğur əldə edən ilk cəbhələrdən olacağıq”, - deyə türkiyəli nazir bildirib.
Oxşar xəbərlər
İzmirdəki zəlzələdə ölənlərin sayı 39 nəfərə çatıb - VİDEO - YENİLƏNİB
İzmirdəki zəlzələ nəticəsində həyatını itirənlərin sayı 36 nəfərə çatıb. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) məlumat yay...