Türkiyə Prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 28-də Azərbaycana səfər edəcək.
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun məlumat yayıb.
O qeyd edib ki, səfər 28 May Müstəqillik günümüz çərçivəsində baş tutacaq.
"Bu münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə danışıqlar zamanı iki ölkə arasında münasibətlər, eləcə də cari regional və qlobal hadisələrlə bağlı fikir mübadiləsi aparılacağı nəzərdə tutulur", - deyə o əlavə edib.
Bundan əlavə, Pakistanın Baş naziri cənab Şahbaz Şərifin iştirakı ilə "Türkiyə-Azərbaycan-Pakistan Üçtərəfli Zirvə"sinin 2-ci Toplantısı keçiriləcək.
Ərdoğan səfəri zamanı Laçın Beynəlxalq Hava Limanının açılış mərasimində də iştirak edəcək.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...