Türkiyə polisindən tarixi əməliyyat - 271 milyon saxta dollar ələ keçirildi - FOTOLAR

22
iyl
2019
18:16
Türkiyənin İstanbul şəhərində Əsənyurd qəsəbəsində polislər saxta pul hazırlayaraq dövriyyəyə buraxmağa çalışan mətbəəyə basqın ediblər.BAKU.WS “NTV Türkiyə”yə istinadən xəbər verir ki, polisin ilkin axtarışları nəticəsində mətbəədə heç bir maddi sübut tapılmayıb.Lakin, aparılan təkrar axtarışlar nəticəsində elektrik panellərinin arxasında gizli qapı aşkar edilib. Qapının arxasında gizli saxlanc yerindən 270 milyon 150 min dollar miqdarında saxta ABŞ dolları tapılıb.Faktla əlaqədar 5 nəfər saxlanılıb. Onların arasında FETÖ təşkilatı ilə əlaqadə şübhəli bilinərək işdən azad edilən bir komissar da var.Qeyd edək ki, bu, tarix ərzində ələ keçirilən ən böyük miqdarda saxta puldur.
Qalereya
Oxşar xəbərlər
Bakıda saxta 50 və 100 manatlıq tapıldı
Bakıda saxta pul dövriyyədən çıxarılıb.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.Verilən məlumata görə, əməliyyat Nəsimi rayo...
