Polisdən yeni əməliyyat – 1 milyon saxta pul tapıldı – FOTO

Polisdən yeni əməliyyat – 1 milyon saxta pul tapıldı – FOTO
Hadisə 1076
Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları külli miqdarda saxta xarici valyutanı dövriyyədən çıxarıb.
Polisdən yeni əməliyyat – 1 milyon saxta pul tapıldı – FOTO
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, Baş İdarəyə Şirvan və Həsən adlı şəxslərin paytaxt ərazisində külli miqdarda saxta rus rublunu satmaq istəməsi barədə məlumat daxil olub.
Polisdən yeni əməliyyat – 1 milyon saxta pul tapıldı – FOTO
Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində həmin şəxslər - Bakı şəhər sakini Həsən Ələkbərov və Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şirvan Musayev 1.000.000 saxta rus rublunu 8000 manata satmaq istəyən zaman saxlanılıblar.
Polisdən yeni əməliyyat – 1 milyon saxta pul tapıldı – FOTO
Həmin şəxslərin yaşadıqları ünvanlara baxış keçirilən zaman əlavə olaraq digər maddi sübutlar aşkar edilərək götürülüb.Ekspertizaya təqdim edilən 500-lük banknotlardan ibarət ümumilikdə 1.000.000 saxta rubl yoxlanılan zaman müəyyən edilib.
Polisdən yeni əməliyyat – 1 milyon saxta pul tapıldı – FOTO
Həmin pulların həqiqi əskinaslardan fərqlənməməsi üçün müdafiə nişanları və eskizləri xüsusi üsulla hazırlanıb. Bu səbəbdən ilk baxışdan həmin pulların saxta olmasını müəyyən etmək mümkün deyil.
Polisdən yeni əməliyyat – 1 milyon saxta pul tapıldı – FOTO
Qeyd edilən faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb. H.Ələkbərov və Ş.Musayev barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib, istintaq tədbirləri davam etdirilir.BAKU.WS
Polisdən yeni əməliyyat – 1 milyon saxta pul tapıldı – FOTO
Polisdən yeni əməliyyat – 1 milyon saxta pul tapıldı – FOTO

Oxşar xəbərlər

Son xəbərlər