Türkiyə məktəblərində Azərbaycan dili tədris oluna bilər
Türkiyə məktəblərində Azərbaycan dili tədris oluna bilər.
BAKU.WS Trend-ə istinadən bildirir ki, bunu TurkicWorld-a Türkiyə hökümətindən bildiriblər.
"Türkiyənin bəzi məktəblərində Azərbaycan dilinin könüllü tədrisi istisna edilmir", - deyə Türkiyə hökümətindən məlumat verilib.
Qeyd olunub ki, Azərbaycan və Türkiyə vətəndaşlarının ünsiyyət problemi olmasa da, məktəblərdə dilin tədrisi toplumların bir-birinə daha yaxından inteqrasiyası üçün olduqca vacibdir."İstanbulun bəzi məktəblərində Azərbaycan dili tədris olunur ki, bu da həm valideynlər, həm də şagirdlər tərəfindən olduqca yüksək qiymətləndirilir. Azərbaycan dilinin könüllü tədrisi üçün ilkin mərhələdə pilot məktəblər seçiləcək" - deyə bildirilib.
Hökumətdən o da qeyd edilib ki, Türkiyədə Azərbaycan dilinin tədrisi üçün iki ölkənin aidiyyəti qurumları arasında danışıqların başlanması gözlənilir.
"Türkiyə məktəblərində Azərbaycan dili ilə yanaşı, özbək, qazax, türkmən və qırğız dilinin də tədrisi mümkün olacaq", - deyə Türkiyə hökumətindən bildirilib.
Oxşar xəbərlər
Ukrayna-Rusiya danışıqlarının III raundu bu tarixdə keçiriləcək
Ukrayna və Rusiya arasında danışıqların növbəti mərhələsinin keçiriləcəyi tarix açıqlanıb. BAKU.WS RIA agentliyinə istinadən xəbər verir ki, danışıqların III mə...