Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb

Türkiyə mediası Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını geniş işıqlandırıb
Foto
Siyasət 25

Türkiyənin aparıcı televiziya kanalları, informasiya agentlikləri, çap mediası və xəbər saytları Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı çıxışını və İran tərəfindən Azərbaycana qarşı törədilmiş terror aktını geniş işıqlandırıb.

BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, qardaş ölkənin mediası Prezident İlham Əliyevin fikirlərindən sitat gətirib.

Qeyd olunur ki, Azərbaycan Prezidenti İranın hücumunun hədəfinin mülki obyektlər olduğunu bildirib.

Həmçinin vurğulanır ki, Azərbaycanın dövlət başçısı İrandan rəsmi üzr tələb edib və orduya cavab tədbirləri hazırlamaq tapşırığı verib.

"Biz Azərbaycana qarşı törədilmiş bu əsassız terror aktı ilə, təcavüzlə barışmayacağıq. Silahlı Qüvvələrimizə təlimat verildi ki, cavab tədbirləri hazırlansın və həyata keçirilsin", - deyə Türkiyə mediası Prezident İlham Əliyevin sözlərindən sitat gətirib.

Son xəbərlər