Türkiyə əhalisinin sayı AÇIQLANDI

Türkiyə əhalisinin sayı AÇIQLANDI
Siyasət 4

Türkiyə əhalisinin sayı açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumu məlumat yayıb.

Türkiyənin əhalisi ötən il 2022-ci ilə nisbətən 92 824 nəfər artaraq 85 372 377 nəfərə çatıb.

Kişi əhalinin sayı 42 734 71 nəfər olduğu halda, qadınların sayı 42 638 306 nəfərdir.

Bir sözlə, ümumi əhalinin 50,1 faizini kişilər, 49,9 faizini isə qadınlar təşkil edir.

Xarici əhali əvvəlki ilə nisbətən 253 293 nəfər azalaraq 1 570 543 nəfər olub.

Bu əhalinin 48,6 faizini kişilər, 51,4 faizini isə qadınlar təşkil edir.

İstanbulun əhalisi əvvəlki ilə nisbətən 252 27 nəfər azalaraq 15 655 924 nəfər olub.

Türkiyə əhalisinin 18,34 faizinin yaşadığı İstanbulu 5 803 482 nəfərlə Ankara, 4 479 525 nəfərlə İzmir, 3 214 571 nəfərlə Bursa və 2 696 249 nəfərlə Antalya izləyir.

Son xəbərlər