Türkiyə DİN rəsmisi: Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına önəmli töhfə verəcək
Zəngəzur dəhlizi bölgə və dünya iqtisadiyyatına önəmli töhfə verəcək.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Türkiyə Daxili İşlər Nazirliyi (din) Vətəndaş cəmiyyəti ilə Əlaqələr Baş İdarəsinin direktor müavini Özcan Aygün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Forumunda keçirilən "Zəngəzur dəhlizi: Türk coğrafiyasını birləşdirən körpü" adlı paneldə deyib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin tam gücü ilə işə salınması tarixi hadisə olacaq:
"Zəngəzur dəhlizi ilk növbədə ölkə və region, eləcə də dünya iqtisadiyyatına mühüm faydalar verəcək. Süveyş kanalının açılması həmin regionun dövlətlərinə və qlobal iqtisadiyyata böyük töhfələr vermişdisə, Zəngəzur dəhlizi qarşılıqlı fayda planında ciddi dəyişikliklərin başlanğıcı olacaq".
O vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması ilə ictimai və mədəni həyatda müsbət proseslər vüsət alacaq:
"Bu prosesə ən böyük töhfəni, şübhəsiz, bizim qeyri-hökumət təşkilatlarımız verəcək. QHT-lərimiz həm ölkə daxilindəki inkişafı dəstəkləyəcək, həm də region ölkələri ilə inteqrasiya yönündə fəaliyyətlər göstərərək irəliyə yol açacaqlar. Türk dünyasının geniş coğrafiyasında vətəndaş cəmiyyətinin güclənməsi həm də bölgəmizdə sülhün, inkişafın və sabitliyin möhkəm əsaslar üzərində qurulması deməkdir".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti: Türk dünyası QHT-lərinin koordinasiyalı fəaliyyəti məqsədlərimizə böyük töhfə verə bilər
Türk dünyası QHT-lərinin BMT və digər beynəlxalq təsisatlar çərçivəsində birgə, koordinasiyalı fəaliyyəti, vahid platformada birləşməsi ümumi işimizə və məqsədl...