Türkiyə - Çexiya matçında azarkeşlərə bıçaqla hücum - Ağır yaralılar var
Yeniliklərdən dərhal xəbərdar olun
Almaniyanın Ştutqart şəhərində futbol üzrə Avropa çempionatının Çexiya - Türkiyə matçının yayımı zamanı bir nəfər fan-zonada bıçaqla azarkeşlərə hücum edib.
BAKU.WS xəbər verir ki, bu barədə “Stern” məlumat yayıb
Mənbənin sözlərinə görə, hadisə Şlossplatz meydanında baş verib. Davaya səbəb mübahisə olub. Hadisə nəticəsində ikisi ağır olmaqla 3 nəfər xəsarət alıb. 25 yaşlı şübhəlinin saxlanıldığı, zərərçəkənlərin isə xəstəxanalara aparıldığı qeyd edilir.
Bundan əvvəl Avro-2024-ün qrup mərhələsinin 3-cü turunun Danimarka yığması ilə oyunu öncəsi Serbiya millisinin azarkeşləri polislə toqquşmuşdu. Qarşıdurma Münhendə baş verib.
Oxşar xəbərlər
Almaniyada gürcüstanlı və türkiyəli azarkeşlər dava edib - FOTO
Gürcüstan və Türkiyə yığmalarının azarkeşləri futbol üzrə Avropa çempionatının oyunu başlamazdan əvvəl stadionda dava salıblar. BAKU.WS report-a istinadən xəbər...