Almaniyada gürcüstanlı və türkiyəli azarkeşlər dava edib - FOTO
Gürcüstan və Türkiyə yığmalarının azarkeşləri futbol üzrə Avropa çempionatının oyunu başlamazdan əvvəl stadionda dava salıblar.
BAKU.WS report-a istinadən xəbər verir ki, məlumatı Reuters yayıb.
Türkiyəli azarkeşlərin olduğu hissə qapının arxasında yerləşir. Onun yanında küncdə Gürcüstan millisinin azarkeşləri var. Bəzi azarkeşlər oturacaqlarından atılaraq əlbəyaxa davaya başlayıblar. Hər iki tərəf də bir sektordan digərinə yad əşyalar atıb.
Polisin müdaxiləsindən sonra azarkeşləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ilk turunda Türkiyə və Gürcüstan yığmaları üz-üzə gələcək.
Qalereya
Oxşar xəbərlər
Ən çox dava edən bürclər hansıdır?
Hər bir insanın baş verən mənfi hadisələrə reaksiyası fərqlidir. Bəziləri həmin an sakit qala bilsələr də, bəzilərində bu qəqtiyyən alınmır və əsəbiləşməyə başl...