Danimarka Ukraynaya 36 milyon dollarlıq sursat verəcək
Danimarka Ukraynaya 250 milyon Danimarka kronu (36 milyon ABŞ dolları) dəyərində sursat göndərəcək.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen bildirib.
Onun sözlərinə görə, Kopenhagen Ukrayna hökumətinin xahişi ilə qarşı tərəfə 2 min artilleriya mərmisi verəcək.
“Vəziyyət elədir ki, hamımız əks-hücum elan olunduğunu görürük. Artıq bu proses gedir. Ukrayna Rusiya Silahlı Qüvvələrinin qarşısını ala bilib və indi vəziyyəti yaxşılaşdırmağın vaxtıdır. Bunun üçün Ukrayna qoşunları döyüş sursatı ilə təmin edilməlidir”, - nazir deyib.
Danimarka Ukraynanı hərbi texnika və silahlarla, o cümlədən “Leopard 2” tankları ilə təmin edir. Bu ölkə artıq Ukrayna pilotlarına “F-16” döyüş təyyarələrində təlim keçməyə başlayıb.
Danimarka bu yaxınlarda həm də Ukrayna üçün 130 milyon dollarlıq investisiya fondu sosial proqramı başladıb.
Oxşar xəbərlər
Slovakiya Almaniyadan ikinci “Leopard”ı alıb
Slovakiya Ukraynaya 30 ədəd piyadaların döyüş maşını (PDM) verməsinin qarşılığında Almaniyanın vəd etdiyi 15 ədəd “Leopard 2A4” tankından ikincisini alıb. BAKU....