Türkiyə AB, Yunanıstan və İsrailə nota verdi

Türkiyə AB, Yunanıstan və İsrailə nota verdi
Siyasət 219

Türkiyə şərqi Aralıq dənizində tədqiqat apardıqda ondan icazə alınması üçün Avropa Birliyi, İsrail və Yunanıstana nota verib.

BAKU.WS "Anadolu" agentliyinə istinadən xəbər verir ki, məsələ burasındadır ki, İsrail, Yunanıstan, Cənubi Kipr və AB-nin dəstəklədiyi konsern arasında müqavilə imzalanıb. Layihənin bir hissəsi Türkiyəyə məxsus sulardan keçdiyi üçün İsrail və Yunanıstanın Ankara səfirliklərinə, həmçinin AB-Türkiyə kordinasiya rəhbərlərinə nota verilib.

Türkiyə tərəfi ona məxsus dəniz sularında aparılacaq hər hansı araşdırma zamanı ya öncədən xəbərdarlıq edilməsinin, ya da Türkiyədən icazə alınmasının vacibliyini vurğulayıb.

Son xəbərlər