QHT-lər Rusiyanın media və jurnalist təşkilatlarına müraciət etdi

QHT-lər Rusiyanın media və jurnalist təşkilatlarına müraciət etdi
Siyasət 334

Azərbaycan QHT-ləri Rusiya Federasiyasının media və jurnalist təşkilatlarının nümayəndələrinə müraciət edib.

BAKU.WS xəbər verir ki, müraciətdə deyilir:

"Əziz dostlar,

Biz, Azərbaycan QHT-ləri, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi təcavüz və terror siyasəti fonunda Rusiya Federasiyasının mediasında müşahidə olunan anti-Azərbaycan təbliğatı ilə əlaqədar sizə dərin narahatlıq və etirazla müraciət edirik.

Bildiyiniz kimi, 2020-ci il sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələri Gəncə, Mingəçevir, Bərdə, Beyləqan, Xızı, Abşeron və digər şəhər və kəndlər də daxil olmaqla münaqişə zonasından bir neçə yüz kilometr məsafədə yerləşən və azərbaycanlı mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini atəşə tutmaq da daxil olmaqla, Azərbaycan Respublikasına qarşı yeni hərbi təcavüzə və təxribata başladı, bu birbaşa beynəlxalq humanitar hüququn norma və prinsiplərinin, xüsusilə 1949-cu il Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır.

12 oktyabr 2020-ci il tarixinə olan məlumata görə 41 azərbaycanlı mülki şəxs Ermənistan tərəfindən qətlə yetirilmiş, 207 nəfər isə yaralanmışdır, 1200-dən çox yaşayış binası və mülki obyekt Ermənistan tərəfindən məhv edilmişdir.

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin təşəbbüsü ilə 9 oktyabr 2020-ci ildə humanitar əsaslarla atəşkəsin elan olunması ilə bağlı Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrov, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ernənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında üç tərəfli görüş keçirilib.

Görüş çərçivəsində 4 bənddən ibarət razılıq əldə olunub:

1. 2020-ci il oktyabrın 10-u saat 12.00-dan etibarən Beynəlxalq Qırmızı Xaç Komitəsinin meyarlarına uyğun və vasitəçiliyi ilə əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin dəyişdirilməsi üçün humanitar əsasda atəşkəs elan olunur.2. Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq.3. Azərbaycan Respublikası və Ermənistan Respublikası ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə tənzimlənmənin əsas prinsipləri əsasında münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə substantiv danışıqlara başlayırlar;4. Tərəflər danışıqlar prosesinin formatının dəyişməz olduğunu təsdiq edirlər.

Ancaq təəssüflər olsun ki, Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Ən acınacaqlısı isə odur ki, oktyabrın 11-də saat 02.00 radələrində Azərbaycanın ikinci ən böyük və 500 mindən çox əhalisi olan, cəbhə xəttindən 80 km uzaqlıqda yerləşən Gəncə şəhəri Ermənistanın siyasi və hərbi rəhbərliyinin əmri ilə raket atəşinə tutuldu. Ermənistanın bu barbar və vəhşi hücumu nəticəsində 3 yaşayış binası dağılıb, 4 qadın da daxil olmaqla 9 mülki şəxs həlak olub, 16 qadın və 6 uşaq da daxil olmaqla 34 nəfər yaralanıb.

Ermənistan bu cinayət əməli ilə bir daha sübut etdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında maraqlı deyil və əvvəlki 28 ildə olduğu kimi, əldə olunmuş razılaşmalara və imzalanan sənədlərə heç vaxt əməl etməyib.

Bizə məlumdur ki, rus KİV-ləri yayımlanan verilişləri və müvafiq kontenti hazırlayarkən qonşu ölkələrdə baş verən hadisələrin işıqlandırılmasına xüsusi diqqət yetirir və yuxarıda qeyd etdiyimiz hadisələr də istisna deyil.

Lakin təəssüf hissi ilə qeyd etməliyik ki, Ermənistan-Azərbaycan münaqişəsinə həsr olunmuş televiziya verilişlərinin iştirakçıları müəyyən edilən zaman balans qorunmur, əsassız erməni mövqeyinin geniş işıqlandırılması və Azərbaycanın ədalətli mövqeyini müdafiə edən jurnalistlərə qarşı ictimai kampaniyaların təşkili real faktların təhrif olunmasına, münaqişənin və hazırda baş verən hadisələrin birtərəfli və qərəzli işıqlandırılmasına səbəb olur.

Yuxarıda deyilənləri nəzərə alaraq biz hesab edirik ki, Rusiya media məkanında münaqişə ilə bağlı hadisələri işıqlandırarkən, Rusiya ictimaiyyətini çaşdıran, anti-Azərbaycan hisslərinin kəskin artmasına səbəb olan və Azərbaycan ictimaiyyətində Rusiyaya qarşı dost münasibətinə mənfi təsir göstərən erməni təbliğatına daha çox yer ayrılır.

Bu cür vəziyyət Rusiya ilə Azərbaycan arasında çoxəsrlik dostluq və strateji tərəfdaşlıq ruhuna ziddir və bu, eyni zamanda, Azərbaycanın çoxmilyonlu rusdilli auditoriyasının dərin məyusluğuna səbəb olur.

Yuxarıda göstərilən faktları nəzərə alaraq biz, Azərbaycan QHT-ləri, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olan Rusiya Federasiyasının media strukturlarını, televiziya və radio kanallarını, habelə Ermənistan-Azərbaycan münaqişəsini işıqlandıran verilişlərin müəlliflərini və aparıcılarını məlumatların və səsləndirilən ekspert rəylərinin balansını təmin etmək üçün lazımi tədbirləri görməyə çağırırıq.

Biz, Azərbaycan QHT-ləri ümid edirik ki, Rusiya KİV-lərinin Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı strateji əməkdaşlığa və qarşılıqlı etimada mənfi təsir göstərən ermənipərəst təbliğatı bundan sonra yaymaqdan çəkinəcək və verilişlərdə hər iki tərəfin mövqeyinə bərabər və ədalətli şəkildə şərait yaradılacaqdır".

Müraciət aşağıdakı 71 QHT tərəfindən imzalanıb.

1. Rauf Zeyni Milli Qeyri-Hökumət Təşkilatları Forumu2. Sabit Bağırov Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu3. Umud Mirzəyev Beynəlxalq Avrasiya Mətbuat Fondu4. Əliməmməd Nuriyev Konstitusiya Araşdırmalar Fondu5. Sahib Məmmədov Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası6. Novela Cəfərova D.Əliyeva adina Azərbaycan Qadinlarının Hüququnun Müdafiə Cəmiyyəti

7. Səadət Bənənyarlı "Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsi" ictimai birliyi8. Səltənət Qocamanlı İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyi9. Qorxmaz İbrahimli Biosfer İctimai Birliyi10. Əvəz Həsənov Humanitar Tədqiqatlar İctimai Birliyi11. Əziz Ələkbərov Azərbaycan Qaçqınlar Cəmiyyəti İctimai Birliyi12. İsrayıl İsgəndərov "Ümid" Sosial İnkişafa Dəstək İctimai Birliyi13. Vüqar Bayramov İqtisadi və Sosial İnkişaf Mərkəzi İctimai Birliyi14. Çingiz Qənizadə Demokratiya və İnsan Hüquqlari Komitəsi15. Məhərrəm Zülfüqarlı İctimai Problemlərin Tədqiqi Assosiasiyası16. Kamil Səlimov "Azadlıqdan Məhrumetmə Yerlərinin Müşahidəsi" ictimai birliyi17. Fuad Məmmədov "Simurq Azərbaycan Mədəniyyət Assosiasiyası”18. Eyyub Hüseynov "Azad İstehlakçılar" İctimai Birliyi19. Tənzilə Rüstəmxanlı Azəri Türk Qadinlar Birliyi20. Mirvari Qəhrəmanova Neftçilərin Hüqularını Müdafiə Təşkilatı İctimai Birliyi21. Şəmistan Əlizamanlı "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyi22. Akif Nağı Qarabağ Azadlıq Təşkilatı İctimai Birliyi23. Osman Gündüz Multimediya Sistemləri İctimai Birliyi24. Mayis Əliyev Sosial Hüquqların Araşdırılması25. İradə Rizazadə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi26. Bahar Qasımova "Azərbaycan Qadınları Respublika Cəmiyyəti" İctimai Birliyi27. Məlahət İbrahimqızı "Lider Qadınlar" İctimai Birliyi28. Fizüli Rzaquliyev Vətən Müharibəsi Veteranları İctimai Birliyi29. Mehdi Mehdiyev Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi30. Mehriban Zeynalova Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyi31. Əhməd Abbasbəyli "Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı" İctimai Birliyi32. Nəsiman Yaqublu Tarix və Mətbuat Araşdırmalarına Dəstək33. Şahin Rəcəbov "Azərbaycan Valideyn-Müəllim Assosiasiyası" ictimai birliyi34. Aydın Əbilov "Yeni Yazarlar və Sənətçilər" İctimai Birliyi35. Fikrət Yusifov Ekonomiks Beynəlxalq İqtisadi Araşdırmalar İctimai Birliyi36. Elçin Hüseynov "Azərbaycan Yazarlar Klubu" İctimai Birliyi37. Aydın Kərimov Müstəqil Hüquq Mərkəzi38. Əhməd Qəşəmoğlu Tərəqqi və Demokratiya İctimai Birliyi39. Hafiz Həsənov Hüquq və İnkişaf İctimai Birliyi40. Mirəli Hüseynov Demokratiyanı Öyrənmə İctimai Birliyi41. Şəmsəddin Əliyev Polisə Dəstək İctimai Birliyi42. Asif Əsgərli Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı43. Emin Həsənli Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi44. İlqar Orucov Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti İctimai Birliyi45. Ramil İsgəndərli "Hüquqi Təhlil və Araşdırmalar" İctimai Birliyi46. Firuzə Əsədullayeva "Jurnalistlər Ekstremal Şəraitdə" İctimai Birliyi47. Qafar Mehdiyev "Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası" ictimai48. Elmira Mehdiyeva “Yeni Fikir” Jurnalist Həmrəyliyi ictimai birliyi49. Ruslan Xəlilov "Jurnalist Təşəbbüslərinin Təşviqi" ictimai birliyi50. Elməddin Muradov “Jurnalistika və İnkişaf Mərkəzi”51. Asəf Quliyev Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyi52. Sevinc Kərimova “Əks-Səda” Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi ictimai birliyi53. Yadigar Məmmədli “Azərbaycan Demokratik Jurnalistlər Liqası" ictimai birliyi54. Ayaz Mirzəyev “Azərbaycan Jurnalistlər Şəbəkəsi" ictimai birliyi55. Ceyhun Musayev "Jurnalist Ekspert Mərkəzi" ictimai birliyi56. Tamxil Hacıyev “Hərbi Mövzular üzrə İxtisaslaşmış Jurnalistlər" İctimai Birliyi57. Seymur Verdizadə “Jurnalist Araşdırmaları Mərkəzi" İctimai Birliyi58. Elşad Eyvazov Tərəfsiz Jurnalistlər ictimai birliyi59. Sevil Yusifova Jurnalist Qadınlar Assosiasiyası60. Aynur Nəsirova "İnnovativ Media" jurnalistlərin peşəkarlığının artırılmasına dəstək ictimai birliyi61. Fuad Hüseynzadə “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi" ictimai birliyi62. Nadir İsmayılov "Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi" ictimai Birliyi63. Müşfiq Ələsgərli "Mediada İnnovativ Təşəbbüslərə Dəstək" İctimai Birliyi64. Əvəz Rüstəmov “RUH” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi65. Xanoğlan Əhmədov “Media və Mülki Cəmiyyət" İctimai Birliyi66. Məhsim Məhsimov "Regional Medianın İnkişafına Yardım" ictimai Birliyi67. Xalid Kazımov "Regional İnsan Hüquqları və Media Mərkəzi" ictimai Birliyi68. Qabil Rüstəmov Media İnkişaf Mərkəzi İctimai Birliyi69. Zaur Qəriboğlu "Beynəlxalq İnformasiya və Regional Araşdırmalar" ictimai birliyi70. Cəsarət Hüseynzadə "İnformasiya Təşəbbüslərinə Dəstək" İctimai Birliyi71. Telman İsa “Aktor” İctimai və Sosial Tədqiqatlar İB

Son xəbərlər