Türkiyədən Qarabağ təklifi: “Bütün üzvlər prosesdə iştirak etməlidir" (VİDEO)
"ATƏT-in Minsk qrupunun üzvü olsaq da, Azərbaycan - Ermənistan münaqişəsinin nizamlanma prosesindən kənardayıq. Faktiki olaraq üç ölkə bu münaqişəsinin nizamlanması məsələsi ilə məşğuldur. Hər üçü də erməni lobbisinin çox güclü olduğu ölkələrdir. Yəni burada balanslı vəziyyətdən danışmağın yeri yoxdur".
BAKU.WS xəbər verir ki, bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu açıqlama verib. Onun sözlərinə görə, münaqişənin nizamlanmasında Türkiyə və digər ölkələrin iştirakına Ermənistan və Rusiya etiraz edir.
"Vyanada Almaniyanın problemin həllində iştirakını təklif etmişik. Bilirsiniz ki, ATƏT-ə sədrliyi Almaniya edir. Minsk qrupunun bütün üzvləri bu prosesdə iştirak etməlidir", - Davudoğlu deyib.
BAKU.WS
Oxşar xəbərlər
İlham Əliyev Minsk qrupunun həmsədrləri ilə Qarabağı müzakirə etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorliki, İqor Popovu, Pyer Andryönü və ATƏT-in hazırkı...