Türkiyədə referendumun nəticələri təsdiqləndi
Türkiyə Ali Seçki Şurası konstitusiyaya dəyişikliklərin edilməsinə dair aprelin 16-da keçirilmiş referendumun nəticələrini təsdiqləyib.
BAKU.WS xəbər verir ki, Seçki Şurasının açqılamasına görə, referendumda seçici fəallığı 87,45 faiz olub. Seçicilərin 51,41 faizi "lehinə", 48,59 faizi isə "əleyhinə" səs verib.
Qeyd edək ki, referendumla Konstitusiyanın 18 maddəsinə dəyişiklik olunub. Bunlar Türkiyədə parlament idarəçilik sistemindən prezident üsul-idarəsinə keçid, baş nazir vəzifəsinin ləğvi, Böyük Millət Məclisi üzvlərinin sayının 550 nəfərdən 600 nəfərə çatdırılması, millət vəkili seçilmə yaşının 18-ə endirilməsi, Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin dəyişdirilməsi və digər maddələrdir.
BAKU.WS
Oxşar xəbərlər
Türkiyə XİN: “ATƏT-in referendumla bağlı verdiyi rəyi qəbuledilməzdir”
ATƏT-in Türkiyədə keçirilmiş referendumla bağlı verdiyi rəyi qəbuledilməzdir. Bu barədə Türkiyə Xarici Işlər Nazirliyinin açıqlamasında bildirilir. "Referendum...