Zərdabda yaşı 100-dən yuxarı olan 9 seçici qeydə alınıb

Zərdabda yaşı 100-dən yuxarı olan 9 seçici qeydə alınıb
Siyasət 917
 

Zərdab rayonunda yaşı 100-dən yuxarı olan 9 nəfər seçici qeydə alınıb.

 

92 saylı Zərdab-Ucar seçki dairəsinin dairə seçki komissiyasının sədri Mehdi İsmayılov  APA-nın yerli bürosuna bildirib, bu gün keçirilən referendumla bağlı 48 məntəqə üzrə  41066 nəfər seçici qeydə alınıb. Onlardan da ilk dəfə səsvermə hüququ qazanan seçicilərin sayı 615 nəfər, 80-100 yaş arası olan seçicilərin sayı 1035 nəfər, yaşı 100-dən yuxarı olan seçicilərin sayı isə 9 nəfərdir.

Dairə üzrə səsverməni izləmək üçün 495 müşahidəçi qeydə alınıb. Səsvermənin şəffaf keçirilməsi məqsədi ilə 8 məntəqəyə vebkameralar quraşdırılıb  Ən yaşlı seçici  rayonun Qaravəlli kənd sakini 1905-ci il təvəllüdlü  Gülüstan Abduləziz qızı Xəlilovadır.

BAKU.WS

Oxşar xəbərlər

Referendum baş tutmuş hesab olunur

Referendum baş tutmuş hesab olunur

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum baş tutmuş hesab edilir. Azərbaycan Seçki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Ko...

1116 Siyasət 15:26 26 sentyabr 2016

Son xəbərlər