MSK referendumun nəticələrini təsdiqləyib

MSK referendumun nəticələrini təsdiqləyib
Siyasət 1054
 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsinin (referendumun)  nəticələri barədə protokolu təsdiq edib.

APA-nın məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında təsdiq edilən protokolda qeyd edilib ki, respublika üzrə seçici fəallığı 69,7 faiz olub. 

Referendumda yol verilən nöqsanlara görə 6 seçki məntəqəsinin seçki komissiyası buraxılıb, 3 seçki məntəqəsində səsvermənin nəticələri tam, bir seçki məntəqəsində qismən ləğv edilib. Səsvermədə iştirak etmiş seçicilərin yarısından çoxu ümumxalq səsverməsinə (referenduma) çıxarılmış Referendum Aktının 29 hissəsinin hər birinin lehinə səs verdiyindən Referendum Aktı qəbul edilib. 

MSK üzvlərinin hamısı protokola imza atıb.

BAKU.WS

Oxşar xəbərlər

Ən aktiv və ən passiv seçki dairələri açıqlanıb

Ən aktiv və ən passiv seçki dairələri açıqlanıb

Referendumda ən aktiv və ən passiv seçki dairələri açıqlanıb. APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzinin müdiri Fərid...

2546 Siyasət 21:05 26 sentyabr 2016

Son xəbərlər