Referendumu 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi izləyir

Referendumu 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi izləyir
Siyasət 1261
 

Ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsini (referendum) 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi izləyir.

Trend-in məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə deyib.

M.Pənahov deyib ki, həmin müşahidəçilər 33 ölkənin təmsilçiləridir: "Onların arasında AŞPA-nın, MDB PA-nın, Britaniya, Fransa, Avstriya, Avstraliya, Türkiyə parlamentlərinin nümayəndələri, TÜRK PA-nın nümayəndələri, eyni zamanda müxtəlif ölkələrin seçki komissiyalarının rəhbərlik səviyyəsində müşahidəçiləri var. Nəzərə alaq ki, referendumlarda siyasi partiyalar o qədər fəal olmurlar. Amma hesab edirəm ki, müşahidəçi baxımından o nisbət daha yuxarıdır".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.

BAKU.WS

Oxşar xəbərlər

Referendum baş tutmuş hesab olunur

Referendum baş tutmuş hesab olunur

Azərbaycanda Konstitusiyaya dəyişikliklərlə bağlı keçirilən referendum baş tutmuş hesab edilir. Azərbaycan Seçki Məcəlləsinə əsasən, Azərbaycan Respublikası Ko...

1117 Siyasət 15:26 26 sentyabr 2016

Son xəbərlər