Referendum başa çatdı
Azərbaycanda Konstitusiyada dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) bitib.
APA-nın məlumatına görə, bu gün saat 08.00-da başlanan səsvermə saat 19.00-da başa çatıb.
Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verib, Konstitusiyanın 29 maddəsi üzrə təklif edilən dəyişikliklərə münasibətlərini bildiriblər.
Azərbaycanda referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyib. Bunların sırasında AŞPA, MDB Parlament Assambleyası, TürkPA, Böyük Britaniya, Fransa, Avstriya, Avstraliya və digər ölkələrin parlamentlərindən ibarət nümayəndə heyətlərinin, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının təmsilçiləri var.
Seçkiləri 53 min 531 yerli müşahidəçi izləyib.
Referendum baş tutub.
BAKU.WS
Oxşar xəbərlər
Referendumu 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi izləyir
Ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsini (referendum) 18 beynəlxalq təşkilatdan 117 müşahidəçi izləyir. Trend-in məlumatın...