Ərdoğan: “Bu gün gözlər Bakıya dikilib”

Ərdoğan: “Bu gün gözlər Bakıya dikilib”
Siyasət 1271
 

"Yeni nəsillərə daha gözəl gələcək qoymaq üçün səsimizi indidən yüksəltməliyik. Bu Forumda iki gün ərzində veriləcək mesaj çox önəmlidir. Bu gün məsumların gözü Bakıdadır, burada qəbul ediləcək Bəyannaməni gözləyirlər”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. 

Türkiyə prezidenti deyib ki, Foruma qatılan dini və siyasi liderlərin üzərinə düşən vəzifələr var: "Sivilizasiyalar Alyansının birgə yaşayış hədəflərinə nail olacağını həm məsumlara, həm də zalımlara gur səslə çatdırmalıyıq. Mədəniyyətlər İttifaqı ilə bağlı maddi və siyasi dəstəyimizin davam edəcəyini bəyan etməliyik. Mən bu istiqamətdə Foruma uğurlar arzulayıram”. 

BAKU.WS

Oxşar xəbərlər

İlham Əliyev Ərdoğanla görüşdü

İlham Əliyev Ərdoğanla görüşdü

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və ölkəmizə işgüzar səfərə gələn Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın gö...

1563 Siyasət 21:22 25 aprel 2016

Son xəbərlər