Türk dövlətləri Azərbaycanın yanında olacaq - Baş katib
Yeniliklərdən dərhal xəbərdar olun
“Media sahəsində əməkdaşlığımızı daha da genişləndirilməsi üçün qanunvericiliyimizi daha da gücləndirməliyik”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında çıxış edən Türk Şurasının baş katibi Bağdat Amreyev deyib.
“Hesab edirəm ki, birlikdə mədəniyyət, tarixi kinoların çəkilməsinə də nail ola bilərik”, - o bildirib.
B.Amreyev həmçinin əlavə edib ki, türkdilli dövlətlər eyni zamanda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasında Azərbaycanın yanında olacaq və əlindən gələn dəstəyi göstərəcək.
Oxşar xəbərlər
İlham Əliyevin YAP-ın qurultayında çıxışı - TAM MƏTN - YENİLƏNİB/FOTO
Martın 5-də Yeni Azərbaycan Partiyasının VII qurultayı keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev...