Tətilə çıxan deputatlarımız nə qədər müavinət alacaq? - RƏQƏMLƏR

Milli Məclisin bu gün keçirilən sonuncu növbədənkənar iclası başa çatıb.
BAKU.WS Azvision-a istinadən xəbər verir ki, millət vəkillər tətilə çıxıblar.
Qeyd edək ki, Milli Məclisin daxili nizamnaməsinə müvafiq olaraq, deputatlar iyul ayının 15-dən tətilə çıxmış hesab olunurlar. Milli Məclisin Daxili Əsasnaməsinə görə, sentyabrın 15-dən komitə iclasları başlayır.
"Deputatın statusu haqqında” qanunun 29-cu maddəsinə əsasən, Milli Məclis tətilə buraxıldığı vaxt parlament üzvlərinə məzuniyyət verilir.
Deputatlara məzuniyyətdə olduqları zaman iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək.
Milli Məclisin sədri 4 500, komitə sədrləri 3 600 manat, MM sədrinin müavini 3 825 manat, sədrin birinci müavini 4 050 manat, sıravi deputatlar isə 3 150 manat müavinət alırlar.
BAKU.WS

Oxşar xəbərlər
Bu şəxslərin ailələri maaşının doxsan misli miqdarında müavinət alacaq - AZƏRBAYCANDA
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib. BAKU.WS xəbər verir ki, prlamentdən APA-ya verilən məlumata görə...