Bu şəxslərin ailələri maaşının doxsan misli miqdarında müavinət alacaq - AZƏRBAYCANDA

Bu şəxslərin  ailələri maaşının doxsan misli miqdarında müavinət alacaq - AZƏRBAYCANDA
Sosial 6577

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib.

BAKU.WS xəbər verir ki, prlamentdən APA-ya verilən məlumata görə, komitənin sədri, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, gündəliyə "Terrorçuluğa qarşı mübarizə haqqında” qanunun 1-ci və 14-cü maddələrinə dəyişikliklər edilməsi barədə məsələlər daxil edilib.

Qanunun 1-ci maddəsinə edilən dəyişikliyə görə, maddənin üçüncü və beşinci abzaslarında "terrorçu” və "terror təşkilatı” anlayışları genişləndirilir və onların izahı daha dolğun şəkildə verilir. 14-cü maddədə isə deyilir ki, terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda və ya xidmətini davam etdirməyə imkan verməyən dərəcədə xəsarət aldıqda ona və ya onun ailəsinə dövlət büdcəsi hesabına orta aylıq əmək haqqı məbləğinin müvafiq olaraq yüz və ya doxsan misli miqdarında birdəfəlik müavinət ödənilir. Bu maddəyə təklif olunan dəyişikliyə görə isə həmin müavinət nağdsız qaydada ödəniləcək ki, bu da "Nağdsız hesablaşmalar haqqında” qanuna uyğunlaşdırma xarakteri daşıyır.

Çıxış edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, bu dəyişikliklər terrorizmə qarşı mübarizə sahəsində müəyyən olunmuş beynəlxalq standartlardan irəli gəlir və onlara uyğundur. O bildirib ki, qanuna edilən bu dəyişikliklər hüquq mühafizə orqanlarına terrorizmlə daha effektiv mübarizə aparmağa kömək edəcək.

Hər iki dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib.

BAKU.WS

Oxşar xəbərlər

İşdən çıxarılma qaydaları dəyişir- 2 ay əvvəl işçi xəbərdar edilməlidir

İşdən çıxarılma qaydaları dəyişir- 2 ay əvvəl işçi xəbərdar edilməlidir

Azərbaycanda işçilər işdən çıxarılarkən onlara əmək stajlarından asılı olaraq, xəbərdarlıq ediləcək. Eyni zamanda, işdənçıxarma müavinəti verilərkən də işçinin...

2648 Sosial 09:20 31 may 2017

Son xəbərlər