TRIPP layihəsi üzrə Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işləri başa çatmaq mərhələsindədir
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana daşınması, iki ölkə arasında ticarət əlaqələrinin başlanması müsbət hallardır.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyevin amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı bildirilib.
Telefon danışığında TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti vurğulanıb, Azərbaycan ərazisində nəqliyyat infrastrukturu işlərinin başa çatmaq mərhələsində olduğu bildirilib.
Ermənistan ərazisində TRIPP layihəsi üzrə işlərin tezliklə başlanacağına ümidvarlıq ifadə olunub.
Oxşar xəbərlər
İlham Əliyev dəmir yolu qəzası ilə bağlı İspaniyaya başsağlığı verib
Prezident İlham Əliyev onlarla insanın həyatına son qoyan faciəvi dəmir yolu qəzası ilə əlaqədar İspaniyaya başsağlığı verib. BAKU.WS xəbər verir ki, Azərbaycan...