Trampın prezidentliyinə ciddi təhlükə - Üç kritik ştatda səslər yenidən sayılır

Trampın prezidentliyinə ciddi təhlükə - Üç kritik ştatda səslər yenidən sayılır
Siyasət 1876

 

ABŞ-da keçirilən prezident seçkilərinin dünyanı şoka salan nəticələri ətrafında səs-küy səngiməmiş proseslər gözlənilməz istiqamətdə dəyişir.

BAKU.WS virtualaz.org-a istinadən xəbər verir ki, milyarder Donald Trampın öz komandasını formalaşdırıb başa çatdırmaq üzrə olduğu bir vaxtda gözlənilmədən seçkilərin üçüncü iştirakçısı, Yaşıllar partiyasının namizədi Cill Stayn noyabrın 25-də kritik ştatda-Viskinsonda səslərin yenidən sayılması üçün ərizə verib

Qeyd edək ki, ABŞ-da prezidentlik uğrunda mübarizə ənənəvi olaraq iki partiyanın-respublikaçıların və demokratların namizədləri arasında gedir. Çünki onlar ABŞ siyasi sisteminin iki əsas oyunçusudur və bu ölkədə çoxsaylı başqa siyasi partiyalar qeydiyyatda olsa da heç biri ümumölkə miqyasında ciddi populyarlığa malik deyil. 

Demokratların siyasi platformasına yaxın olan Yaşıllar partiyası da belədir və bu partiyanın namizədi hər dəfə prezident seçkilərində öz namizədini irəli sürür. Və bir qayda olaraq 1-2 faizdən çox səs toplaya bilmir. Lakin indi istisna deyil ki, Yaşıllar partiyasının seçki dövründə heç kimin yadına düşməyən namizədi səsvermənin dünyanı heyrətə salan nəticələrinin ləğvinə səbəb ola bilər.

Məsələ burasındadır ki, Viskinson ştatında Donald Tramp 0.7 faizlik cüzi səs üstünlüyü ilə Hillari Klintona qalib gəlib. Bu ştatda bülletenlərin əllə sayıldığı məntəqələrdə Hillari Klinton qalib gəlib. Səslərin elektron sayıldığı məntəqələrdə isə Tramp udub. İndi Cill Staynın müraciəti əsasında həmin məntəqələrdə bülletenlərin əllə sayılması prosesi başlayacaq. 

O, Viskinsonla yanaşı, Miçiqan və Pensilvaniyada da "statistik anomaliyalarla bağlı" səslərin yenidən sayılmasını tələb edəcəyini bildirib. Əgər bu üç ştatda səslərin yenidən sayılması nəticəsində nəticələr ləğv olunarsa Trampın qələbəsi əlindən alınacaq və prezident Hillari Klinton olacaq.

Artıq Hillari Klintonun qərargahı Viskinsonda səslərin təzədən sayılmasında iştirak edəcəyini açıqlayıb. Klintonun seçki kampaniyasının baş müşaviri Mark Elias deyib ki, onlar kənar ekspertlərlə birlikdə seçki nəticələrini yenidən nəzərdən keçirirlər. Mrk Eliasın bildirdiyinə görə, seçkinin saxtalaşıdırldığı barədə dəlillərə malik deyil, lakin Hillari Klintona səs vermis 64 milyon seçicinin etimadı səslərin yenidən sayılması prosesinə qoşulmağı tələb edir.

Yaşıllar Partiyasının namizədi, xanım Cill Steyn Stein iddia edib ki, sözü gedən 3 ştatda Trampın qələbəsini kompüter hakerləri təmin ediblər. Bundan əvvəl ABŞ rəsmiləri Rusiya hakerlərinin ABŞ seçkisini hədəflədiyi barəfə narahatlıq ifadə etmişdilər. 

Stayn iddia edir ki, Viskonsində səslərin elektron cihazlar tərəfindən hesablandığı məntəqələrdə Trampın, bülletenlərin dədə-baba qaydası ilə əllə sayıldığı dairələrdə isə Klintonun qalib gəlməsi təsadüfi deyil. Həftəsonu yayılmış bəyanatında Viskonsin Seçki Komissiyası bildirib səslərin yenidən sayılması üçün Yaşıllar Partiyasından başqa bir qrup da petisiya verib.

Cill Stayn  üç ştatın üçündə də səsləri saydırmaq üçün təxminən 7 milyon dollar ödəməlidir və bu vəssaitin 5, 8 milyon dolları artıq toplanıb. Miçiqan ştatında prezident seçkisinin nəticələri hələ elan edilməyib. Orada səslərin sayılması hələ davam edir. Əgər  bu üç ştatda seçki kollegiyalarının 46 səsi Klintonaa verilərsə, o ABŞ seçkisninin qalibi ola bilər.

Belə görünür ki, ABŞ-ın seçilmiş prezidenti Donald Tramp üç kritik ştatda səslərin yenidən sayılması tələblərindən ciddi narahat olaraq yaşılları təmsil edən rəqibini "dələduz" adlandırıb. "Bu səs sayma heç bir faiz də səs yığmayan və hətta ştatların əksəriyyətində namizədliyini irəli sürməyən Cill Stayn üçün öz cibini doldurmaq vasitəsidir. 

O, yığdığı pullardan əksəriyyətini cibinə qoyacaq və bu gülməli təkrar səssayma kampaniyasına ayırmayacaq. Bu, Yaşıllar partiyasının dələduzluğudur, hansı ki, seçkilərdə uduzan tərəf artıq məğlubiyyətini etiraf edib. İndi bu nəticələrə hörmət etmək və tanımaq lazımdır, Cill Stayn kimi əngəl yaratmaq yox"-Tramp CNN kanalına bildirib.

Bu arada "The Hill" qəzeti prezident seçkiləri barədə çapa hazırlanan kitabın materiallarına istinadən yazır ki, Hillari Klintondan Trampın qələbəsini tanımağı Obama xahiş edib.  Üç ayrı mötəbər mənbənin bildirdiyinə görə Hillari Klinton yaxın tərəfdaşları ilə birlikdə Miçiqan, Viskinson və Pensilvaniya ştatlarında səsvermənin nəticələrini izləyəndə Obama ona zəng vurub və  deyib: "Sən məğlubiyyətini etiraf etməlisən". 

Lakin Obamanın bu istəyini Klintonun komandasında bir çoxları qəbul etməyib. Onlar Klintonu inandırmağa çalışıblar ki, səslərin tam sayılıb başa çatmasını gözləmək lazımdır. Buna baxmayaraq Hillari Klinton məğlubiyyətlə barışıb, seçkilərin ertəsi günü Trampa zəng vuraraq onu qələbə münasibətilə təbrik edib.

ABŞ seçkilərində sonuncu dəfə səslərin yenidən sayılması 2004-cü il prezident seçkilərində Florida ştatında baş vermişdi. Həmin ştatda demokratların namizədi Albert Qorla respublikaçıların namizədi Corc Buş arasında səs fərqi çox cüzi idi, səslərin  yenidən sayılması Buşun cüzi üstünlüyünü ortaya çıxardı. Həmin vaxt dekabrın sonlarına qədər yeni prezident rəsmən elan edilməmişdi. Çünki Florida ştatında nəticələr dəyişsəydi, seçkilərin qalibi Albert Qor olacaqdı.

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər